Balaca AdaBÖYÜK KƏŞFLƏRİN BALACA DÜNYASI Oyunlara qayıt
DƏSTƏK VƏ ƏLAQƏ

Kömək üçün buradayıq.

Oyuna qayıtmağı asanlaşdıraq. Tez-tez verilən suallar, praktik addımlar və ALLTER MMC ilə birbaşa əlaqə.

ALLTER MMCAzərbaycanca kəşf edək

Əvvəlcə uğurları qoruyun

Brauzer yaddaşını təmizləmək və ya tətbiqin məlumatlarını silmək nəticələri itirə bilər. İmkan olduqda əvvəlcə valideyn panelindən yedək endirin.

Bizə yazın

Balaca Ada ilə bağlı texniki suallar, təkliflər və məxfilik müraciətləri üçün hazırlayıcı ALLTER MMC ilə əlaqə saxlayın.

E-poçt: rashid.asgarov.21@gmail.com
Rəsmi sayt: allter.az ↗ — yeni pəncərədə açılır

Müraciəti valideyn və ya qəyyum göndərməlidir. Uşağın tam adını, şəklini, sağlamlıq məlumatlarını, parolları və bütün profil yedəyini göndərməyin.

Problemi təsvir edərkən cihaz modelini, brauzerin adını, oyunun adını və xətanın hansı addımda baş verdiyini yazmaq kifayətdir. Ekran görüntüsündəki şəxsi məlumatları əvvəlcə gizlədin.

Tez-tez verilən suallar

Oyun niyə səs çıxarmır?

Cihazın media səsini və valideyn panelindəki “Səsli bələdçi” seçimini yoxlayın. Oyuna və ya səs düyməsinə bir dəfə toxunun. Bəzi brauzerlər ilk toxunuşa qədər səsi başlatmır. Bütün sözlərin hazır səs yazısı yoxdur; mövcud olmayan yazı üçün səslənmə cihazın Azərbaycan dili dəstəyindən də asılıdır.

İnternet olmadan oynamaq olar?

Əvvəl açılmış bəzi oyun səhifələri və yüklənmiş səslər cihazın yaddaşından açıla bilər. İlk açılış, yüklənməmiş materiallar və bəzi səs imkanları internet tələb edir. Tam oflayn işləmə bütün cihazlarda təmin edilmir.

Nəticələr başqa telefonda niyə görünmür?

Profil və nəticələr istifadə etdiyiniz brauzerdə saxlanır. Avtomatik hesab sinxronizasiyası yoxdur. Valideyn panelindən “Yedəyi endir”, yeni cihazda isə “Yedəyi bərpa et” seçimindən istifadə edin.

Saytı yenilədim, nəticələr itdi?

Adi səhifə yenilənməsi saxlanmış nəticələri silmir. Başqa brauzer, gizli rejim, başqa sayt ünvanı və ya sayt məlumatlarının təmizlənməsi fərqli yerli yaddaş yarada bilər. Əvvəl istifadə etdiyiniz brauzer və ünvanı yoxlayın. Yedəyiniz varsa onu valideyn panelindən bərpa edin.

Oyunda aşağıdakı hissəyə çata bilmirəm.

Oyun pəncərəsinin içində boş sahədən yuxarı sürüşdürün. Rəsm lövhəsi və sürüklənən əşyalar toxunuşu oyuna ötürür; bu sahələrin kənarından sürüşdürün. Problem qalarsa cihaz modelini və oyunun adını bizə yazın.

Hərəkətli fonu azaltmaq olar?

Bəli. Valideyn panelində “Sakit görünüş” seçimini açın. Cihazınızın hərəkəti azaltma seçimi də tətbiqdə nəzərə alınır.

Ana ekrandan tez açın

Uyğun brauzerdə görünən “Quraşdır” düyməsi ilə Balaca Adanı ana ekrana əlavə edə bilərsiniz. Bu seçim görünməzsə brauzer menyusunda “Ana ekrana əlavə et” və ya “Tətbiqi quraşdır” seçimini axtarın.

iPhone və iPad-də Safari paylaşma menyusundan “Ana ekrana əlavə et” seçimi istifadə oluna bilər. Menyu adları cihaz və brauzer versiyasına görə dəyişə bilər.

Əlavə bələdçilər

BİRLİKDƏ DAHA YAXŞI

Sualınız qaldı?

Valideynlər üçün kömək və əlaqə yolları bir yerdə.

Valideyn bələdçisi